Futbol

“Qəbələ”nin futbolçusu darmadağını kənardan izlədi - VİDEO

Futbol üzrə Albaniya yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Sabien Lilayın formasını geyindiyi bu komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Şotlandiya ilə qarşılaşıb.

C Liqasının 1-ci qrupunda yer alan komandaların qarşılaşmasında albanlar böyük hesabla məğlub olublar - 0:4.

Lilay bu matçın iştirakçısı olmayıb. “Qəbələ”nin yarımmüdafiəçisi sonadək ehtiyatda qalıb.

Cəmi 3 xalı olan Albaniya yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.