Futbol

“Keşlə”nin futbolçusu Rumıniyada darmadağına üzüldü

Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi bu komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Rumıniya ilə qarşılaşıb.

C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar - 0:3.

Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması xalsızdı və qrupda sonuncu pillədə qərarlaşıb.