Futbol

Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

Futbol üzrə Bolqarıstan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin də formasını geyindiyi sözügedən komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Kiprlə qarşılaşıb.

C Liqasının 3-cü qrupunda yer alan komandaların duelində qalib müəyyənləşməyib - 1:1.

Slavçev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

5 turdan sonra 10 xala malik Bolqarıstan yığması Norveçlə birgə qrup 1-2-ci yerləri bölüşür.