Futbol
Kapitan 100-ə çatdı
UEFA Millətlər Liqasının 5-ci turunda Xorvatiya öz meydanında İspaniyanı 3:2 hesabıyla məğlub edib.
Dsport.az xəbər verir ki, bu oyun İspaniya millisinin kapitanı Serxio Ramos üçün əlamətdar olub.
Belə ki, 32 yaşlı müdafiəçi matçın 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək, karyerasının 100-cü qolunu vurub. Bu, həm də Ramosun penaltidən 17-ci qolu olub.
Bundan başqa, Ramos İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub.
Ramos İspaniya millisində ilk oyununa 2005-ci ildə çıxıb.