Futbol

Manuel Noyer: "Qızıl top"u qazanmağım imkansızdı"

Almaniya millisi və "Bavariya"nın qolkiperi Manuel Noyer "Qızıl top"u qazanmaq şanslarını dəyərləndirib.

Almaniya millisi və "Bavariya"nın qolkiperi Manuel Noyer "Qızıl top"u qazanmaq şanslarını dəyərləndirib:

"Qızıl top" kimi böyük bir mükafata namizəd olduğum üçün qürur duyuram. Qapıçı üçün bu mükafatı qazanmaq çox çətindi. Hələ Ronaldo və Messi kimi rəqiblər varsa, bir qapıçının "Qızıl top"u qazanması imkansızdı. Məni bu ulduzlarla bərabər namizəd göstərənlərə təşəkkür edirəm. Ronaldo və Messi mükafat uğrunda mübarizədə məndən daha çox üstünlüyə malikdilər.

Bu xüsusi vəziyyət üçün rəqib hücumçulara da təşəkkür edirəm. Futbolu gözəlləşdirən hücumçulardı".