Futbol

“Qarabağ”ın rəqibi üçün yeni baş məşqçi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi məlum olub.

Dsport.az xəbər verir ki, Lissabon təmsilçisi “sükan”ı Marsel Keyzerə tapşırıb. Bu barədə klubun saytı məlumat yayıb.

44 yaşlı holland mütəxəssis “Sportinq”lə 2021-ci il iyun ayının 30-na kimi anlaşıb.

Keyzer "Sportinq"də bir neçə gün əvvəl istefaya göndərilən Joze Pezeyrunu əvəz edib.

"Qarabağ" Lissabondakı oyunda “Sportinq”ə 0:2 hesabı ilə uduzmuşdu. Komandalar arasında növbəti oyun Bakıda, noyabrın 29-da keçiriləcək.