Futbol

Luis Enrike qışda "Barselona"dan ayrılması gündəmdə olan futbolçu haqda danışdı

"Barselona"nın baş məşqçisi Luis Enrike qışda komandadan ayrılması gözlənilən Martin Montoyyanın mümkün transferinə münasibət bildirib.

"Barselona"nın baş məşqçisi Luis Enrike qışda komandadan ayrılması gözlənilən Martin Montoyyanın mümkün transferinə münasibət bildirib:

"Həmişə oyunçular üçün ən yaxşısını düşünürəm. Kiminsə komandadan ayrılması mənə pis təsir edəcək.

Montoyya haqqında ancaq yaxşı şeylər deyə bilərəm. Hər şeyini ortaya qoyur və insanların onun haqqında olan fikirlərini dəyişməyi bacarır. Hazırda transfer məsələsilə bağlı verdiyimiz apellyasiyanın cavabını gözləyirik".

Daha öncə Montoyyanın meneceri ispan futbolçunun qışda "Barselona"dan ayrılacağını açıqlamışdı.