Futbol

Brendan Rocersdən azarkeşlərə mesaj: "Keçən ili unudun"

"Liverpul"un baş məşqçisi Brendan Rocers komandasının "Sanderlend"lə 0-0 bərabərə qaldığı matçın ardından maraqlı açıqlamalarla yadda qalıb.

"Liverpul"un baş məşqçisi Brendan Rocers komandasının "Sanderlend"lə 0-0 bərabərə qaldığı matçın ardından maraqlı açıqlamalarla yadda qalıb:

"Komandalar "Enfild"də bizə qarşı müdafiədən oyunu qururlar. "Sanderlend"in bu gün yaxşı müdafiə olunduğunu qəbul etməliyik.

Keçən ili unudun. Ötən mövsümlə müqayisədə çox fərqli komandayıq. Yüksək səviyyəli oyunçularımız var. Riki Lambert kimi hər şeyini ortaya qoyan futbolçumuz var".