Futbol

17-ci dəfə ölkə çempionu oldu

Futbol üzrə Moldova çempionatında 2018-ci il mövsümünün qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, “Şerif” mövsümün sonuna 4 tur qalmış çempionluğunu təmin edib.

Tiraspol klubu 24-cü tur çərçivəsində doğma meydanda əsas izləyicisi “Milsami” ilə heç-heçəyə razılaşıb - 1:1.

Bu heç-heçədən sonra xal hesabını 54-ə çatdıran “Şerif” “Milsami” ilə 15 xallıq fərq yaratmaqla qızıl medalları vaxtından öncə təmin etməyi bacarıb.

Qeyd edək ki, bu, 1997-ci ildə yaranmış “Şerif”in geridə qalan 21 ildə 17-ci ölkə çempionluğudu. Tiraspollular 9 dəfə də Moldova Kubokunu, 8 dəfə isə Super Kuboku qazanıblar.