Futbol

Dadaşovun komandası kubokla erkən vidalaşdı

Futbol üzrə Portuqaliya Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də bu turnirdə ilk matçına çıxıb.

Sözügedən kollektiv elita təmsilçisi “Tondela” ilə qarşılaşıb. Matçın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. Qalibin adına isə penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq oynayan “Tondela” 5:4 üstün olub və “Eştoril”i mübarizədən kənarlaşdırıb.

Renat da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 79-cu dəqiqəsində meydana buraxılıb.