Futbol

Paşayev üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Karpatı” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Aleksandriya” geridə qalan turlarda topladığı 25 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.