Futbol

“Qarabağ”ın rəqibindən kubok matçında qələbə

Futbol üzrə Portuqaliya Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” də bu turnirdə ilk matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Loures”lə qarşılaşıb. Lissabon təmsilçisi bu qarşılaşmadan qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib.

Avroliqanın E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda doğma meydanda üz-üzə gəlib və 2:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab matçı isə noyabrın 29-da Bakıda baş tutacaq.