Futbol

“Yonava” yenə uduzdu, Turalla Kamran…

Futbol üzrə Litva çempionatında 21-cı turdan təxirə salınmış bir oyun keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” səfərdə “Jalgiris”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Kamranla Tural bu görüşün iştirakçısı olmayıb. Onların hər ikisi oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.