Futbol

Yığma komandanın baş məşqçisi qovuldu

Futbol üzrə Sloveniya yığması baş məşqçisiz qalıb.

Dsport.az xəbər verir ki, Sloveniya Futbol Federasiyasının rəhbərliyi milli komandanın baş məşqçisi Tomaj Kavçiçi istefaya göndərib.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən komanda UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupunun sonuncusudu. Geridə qalan dörd oyundan yalnız birində heç-heçə edən sloveniyalılar 3 görüşdə də məğlubiyyətə üzülüblər.

Kavçiç Sloveniya yığmasını 2017-ci ilin dekabr ayından çalışdırırdı.