Futbol

Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

Futbol üzrə Bolqarıstan yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin formasını geyindiyi bu komanda qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Norveçlə qarşılaşıb.

C Liqasının 3-cü qrupunda yer alan komandaların görüşündə bolqarlar 0:1 hesabıyla məğlub olublar.

Slavçev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

Bolqarıstan yığması 4 turdan sonra 9 xalla ikinci pillədə qərarlaşıb.