Futbol

Braziliya Argentinaya qalib gəldi

Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində növbəti yoldaşlıq oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ən maraqlı görüşlərdən biri Cənubi Amerika nəhəngləri - Braziliya və Argentina yığmaları arasında baş tutub. Braziliyalılar Mirandanın 90-cı dəqiqədə vurduğu yeganə qolla qalib gəliblər.

Avropa təmsilçilərindən Belçika Hollandiya ilə, İsveç isə Slovakiya ilə qollu heç-heçəyə razılaşıb. 

Gecənin ən bolqollu qarşılaşması Yaponiya ilə Uruqvay arasında baş tutub. Asiyalılar bu görüşdə çətin qələbəyə seviniblər.

Yoldaşlıq oyunları
16 oktyabr

Yaponiya - Uruqvay 4:3

Cənubi Koreya - Panama 2:2

Kambociya - Sinqapur 1:2

İndoneziya - Honq Konq 1:1

Laos - Monqolustan 1:4

Çin - Suriya 2:0

Malayziya - Qırğızıstan 0:1

Özbəkistan - Qətər 2:0

Oman - Ekvador 0:0

İran - Boliviya 2:1

Bəhreyn - Myanmar 4:1

Braziliya - Argentina 1:0

Belçika - Hollandiya 1:1

Danimarka - Avstriya 2:0

İsveç - Slovakiya 1:1