Futbol

“Qarabağ”ın rəqibi ciddi itkilərlə üz-üzə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu bir neçə futbolçusunun xidmətindən məhrum olub.

Dsport.az xəbər verir ki, Lissabon təmsilçisinin heyətində zədəlilər sırasına braziliyalı hücumçu Rafinya da qoşulub. 21 yaşlı oyunçu sol ayağının bud əzələsindən xəsarət alıb. Onun oktyabrın 20-də Portuqaliya Kubokunda "Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib.

Komandanın bu gün baş tutan məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimilano da buraxıb. Markus Vandel Vale da Silva isə icazəli olduğu üçün hazırlıq prosesinə qatılmayıb. Fransalı futbolçu Matyönün Avropa Liqasının 3-cü turunda İngiltərə "Arsenal”ı ilə ev oyununu da buraxacağı dəqiqdi.

“Portimonensi” ilə səfər oyununda başından zədələnən qapıçı Romen Salen isə artıq məşqlərə başlayıb.

Avroliqanın E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda doğma meydanda üz-üzə gəlib və 2:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab matçı isə noyabrın 29-da Bakıda baş tutacaq.