Futbol

"Real"ın ulduz futbolçusu sıradan çıxdı

"Real"ın yarımmüdafiəçisi Xames Rodriqes "Selta" ilə görüşdə zədələnib və meydanı tərk etmək məcburiyyətində qalıb.

"Real"ın yarımmüdafiəçisi Xames Rodriqes "Selta" ilə görüşdə zədələnib və meydanı tərk etmək məcburiyyətində qalıb. Zədənin ciddi olub-olmadığı haqda dəqiq məlumat yaxın günlərdə veriləcək.

Baş məşqçi Karlo Ancelotti kolumbiyalının vəziyyəti barədə danışıb:

"Rodriqes yaxın günlərdə müayinədən keçəcək. Əlbəttə, belə zədələrə görə məyus olmamaq mümkünsüzdü. Ancaq təqvim belə sıx olanda bu tipli zədələr də olur".