Futbol

Əzizovun yoxluğunda komandası “Eyndhoven”ə uduzdu

Futbol üzrə Hollandiya ikinci liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Hazırda U-21 yığmamızın düşərgəsində Norveçlə AÇ-nin seçmə mərhələ oyununa hazırlaşan Ziya bu görüşün iştirakçısı olmayıb.

“NEK Neymegen” 9 turdan sonra 15 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.