Futbol

Konqo Liberiyaya qalib gəldi, “Qarabağ”ın forvardı…

Futbol üzrə Konqo yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Con Delarjın formasını geyindiyi bu komanda doğma meydanda Liberiya ilə qarşılaşıb.

G qrupunun 3-cü turu çərçivəsində baş tutan qarşılaşma Konqo yığmasının 3:1 hesablı qələbəsiylə başa çatıb.

Delarj bu görüşün iştirakçısı olmayıb. “Qarabağ”ın forvardı sonadək ehtiyatda qalıb.

Konqo yığması bu qələbədən sonra xal ehtiyatını 4-ə yüksəldib və qrupda 3-cü pillədə qərarlaşıb.