Futbol

Cəbəllütariqdən tarixi qələbə, Almaniya Hollandiyaya uduzdu

Futbol üzrə UEFA Millətlər Liqasında 3-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, üçüncü oyun günündə 9 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında 4 oyun keçirilib. Gözlənilməz nəticələrdən biri Ermənistan - Cəbəllütariq matçında qeydə alınıb. Qonaq komanda bu görüşdən qalib ayrılmaqla rəsmi turnirlərdə ilk qələbəsini rəsmiləşdirib.

A Liqasında bir görüş olub. Son dünya çempionatında uğursuzluq yaşayan Almaniya Hollandiya ilə qarşılaşıb. Hollandlar bu matçda darmadağına seviniblər.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur

13 oktyabr

A Liqası
1-ci qrup

Hollandiya - Almaniya 3:0
Qol: Van Deyk, 30. Depay, 87. Veynaldum, 90.

B Liqası
1-ci qrup

Slovakiya - Çexiya 1:2
Qol: Hamşik, 62 - Krmençik, 52. Şik, 76.

4-cü qrup

İrlandiya - Danimarka 0:0

C Liqası
3-cü qrup

Norveç - Sloveniya 1:0
Qol: Selnaes, 45.

Bolqarıstan - Kipr 2:1
Qol: Despodov, 59. Nedelyov, 68 - Kastanos, 41.
 
D Liqası
1-ci qrup

Gürcüstan - Andorra 3:0
Qol: Kazaşvili, 33; 84. Kankava, 90.

Latviya - Qazaxıstan 1:1
Qol: Karasauskas, 40 - Zaynutdinov, 16.

4-cü qrup

Ermənistan - Cəbəllütariq 0:1
Qol: Çipolina, 50-pen.

Makedoniya - Lixtenşteyn 4:1
Qol: Traykovski, 10; 30. Pandev, 36. Alioski, 67 - S.Yıldız, 37.