Futbol

“Səbail” və “Zirə”nin legionerləri millidə qələbəyə sevindi

Futbol üzrə Moldova yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, “Səbail”in futbolçusu Yevgeni Koçukla “Zirə”nin legioneri Aleksandr Dedovun da formasını geyindiyi bu komanda doğma meydanda San Marino ilə qarşılaşıb.

D Liqasının 2-ci qrupu çərçivəsində baş tutan görüş moldovalıların inamlı qələbəsiylə başa çatıb - 2:0.

Koçuk start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dedov isə qarşılaşmanın 46-cı dəqiqəsindən mübarizəyə qoşulub.

Bu qələbədən sonra xal ehtiyatını 4-ə çatdıran Moldova yığması Belarus və Lüksemburqdan sonra 3-cü pillədə qərarlaşıb. San Marino isə sonuncudu.