Futbol

Norveç yığmamızla oyun öncəsi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yer aldığı 5-ci qrupda da ötən gecə bir görüş baş tutub. 

Qrup lideri olan Almaniya 21 yaşlıları doğma meydanda Norveçlə üz-üzə gəliblər. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb - 2:1.

Hazırda 5-ci qrupda vəziyyət belədi: Almaniya - 22, Norveç, İrlandiya - 14, Kosovo - 12, İsrail - 11, Azərbaycan - 2.

Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan yığması sonuncu matçını oktyabrın 16-da səfərdə Norveçə qarşı keçirəcək.