Futbol
Belçika qalib gəldi, Xorvatiya və İngiltərə heç-heçəyə razılaşdı
Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində növbəti oyunları keçirilib.
Dsport.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.
A Liqasında iki görüş olub. Son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə qarşılaşıb və çətin qələbəyə sevinib.
Günün maraqla gözlənilən qarşılaşması da A Liqasında keçirilib. Xorvatiya evdə İngiltərə ilə üz-üzə gəlib. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olmuşdu. Bu komandaların öz aralarındakı dueldən isə qol səsi çıxmayıb. Bu qrupa 6 xalla İspaniya yığması başçılıq edir.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
12 oktyabr
A Liqası
2-ci qrup
Belçika - İsveçrə 2:1
Qol: Lukaku, 58; 84 - Qavranoviç, 76.
4-cü qrup
Xorvatiya - İngiltərə 0:0
B Liqası
3-cü qrup
Avstriya - Şimali İrlandiya 1:0
Qol: Arnautoviç, 71.
C Liqası
2-ci qrup
Estoniya - Finlandiya 0:1
Qol: Pukki, 90.
Yunanıstan - Macarıstan 1:0
Qol: Mitroqlu, 65.
D Liqası
2-ci qrup
Belarus - Lüksemburq 1:0
Qol: Saroka, 43.
Moldova - San Marino 2:0
Qol: Ginsari, 31; 67.