Futbol

Malta Bakıya kapitansız gəlir

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Malta yığması itki ilə üzləşib. 

Dsport.az xəbər verir ki, sözügedən komandanın kapitanı Maykl Mifsud Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Belə ki, hücumçu Kosovo ilə matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci sarı vərəqə səbəbindən meydandan qovulan Mifsud növbəti matçı buraxacaq.

Qeyd edək ki, Azərbaycan - Malta matçı oktyabrın 14-də keçiriləcək.