Futbol

Yığmamızın rəqiblərinin duelində 4 qol

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş AÇ-2019-un seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyunlar baş tutub.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yer aldığı 5-ci qrupda da bu gün bir görüş baş tutub. 

İsrailin 21 yaşlıları doğma meydanda İrlandiya ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:1.

Bu qələbədən sonra İsrail sonuncu pillədə qərarlaşmış Azərbaycan yığması üçün ilə xal fərqini 9-a çatdırıb.

Hazırda 5-ci qrupda vəziyyət belədi: Almaniya - 19, Norveç, İrlandiya - 14, Kosovo - 12, İsrail - 11, Azərbaycan - 2.

Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan yığması sonuncu matçını oktyabrın 16-da səfərdə Norveçə qarşı keçirəcək.