Futbol

"Liverpul" Balotellini satmağa hazırdı

"Liverpul"un forvardı Mario Balotelli mövsümün sonunda komandanı tərk edə bilər. İtalyan futbolçunun məhsuldarlığının aşağı olması məşqçilər heyətini buna vadar edir.

"Sunday People"in xəbərinə görə, "mersisaydlılar" Balotellinin transferinə görə digər klublarla danışıqlar aparmağa hazırdı. İngilis klubu 24 yaşlı futbolçunu ən azından "Milan"a ödədiyi 20 milyon avro müqabilində satmaq istəyir.