Futbol

“Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan Malta millisi bu gün səfərdə Kosovo ilə qarşılaşacaq.

Dsport.az xəbər verir ki, oyundan əvvəl Maltanın baş məşqçisi Rey Farruciya yerli mətbuata açıqlama verib:

"İki çətin səfər oyununa çıxacağıq. Bu oyunları səbirsizliklə gözləyirəm. Kosovo millisini yaxşı təhlil etmişik, iki qarşılaşmada yaxşı oyun nümayiş etdiriblər. Bu qarşılaşmanın nəticəsi Bakıdakı oyuna da təsir edə bilər. Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq.

Komandam həmişə qələbə qazanmaq üçün oynayır. Köməkçilərimlə birgə millini dəyişdirməyə çalışırıq. Düzgün yolda olduğumuzu düşünürəm”.

Bu gün Kosovo ilə qarşılaşacaq Malta millisi 3 gün sonra Azərbaycan yığmasının qonağı olacaq.