Futbol

Portuqaliya və Serbiya səfərdə sevindi, Rusiya xal itirdi

Futbol üzrə UEFA Millətlər Liqasında 3-cü tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 4 liqada 7 oyun keçirilib.

D Liqasında çıxış edən Azərbaycan millisi səfərdə Farer adaları ilə üz-üzə gəlib və darmadağına sevinib. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edib və inamlı qələbə qazanıb.

İlk oyun günündə A Liqasında bir qarşılaşma keçirilib. Polşa öz meydanında Portuqaliya ilə qarşılaşıb. Portuqaliya bu oyunda da 3 xal qazanmaqla qrup liderliyini qoruyub.

Günün maraqla gözlənilən oyunlarından biri B liqası çərçivəsində baş tutub. Rusiya doğma meydanda İsveçlə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur

11 oktyabr

A Liqası
3-cü qrup

Polşa - Portuqaliya 2:3
Qol: Qol: Piatek, 18. Blaşikovski, 77 - A.Silva, 31. K.Qlik, 43-öz qapısına. B.Silva, 52.

B Liqası
2-ci qrup

Rusiya - İsveç 0:0

C Liqası
1-ci qrup

İsrail - Şotlandiya 2:1
Qol: Qol: Perets, 52. Tirni, 75-öz qapısına – Malqryu, 25-pen.

4-cü qrup

Litva - Rumıniya 1:2
Qol: Qol: Zulpa, 90 - Kipçu. 13. Maksim, 90.

Çernoqoriya - Serbiya 0:2
Qol: Qol: Mitroviç, 19-pen; 81.

D Liqası
3-cü qrup

Farer adaları - Azərbaycan 0:3
Qol: R.Almeyda, 28; 86-pen. D.Nazarov, 67.

Kosovo - Malta 3:1
Qol: B.Kololli, 30; 81. V.Muriqi, 68 - E.Aqius, 51.