Futbol

Belçika futbolu şokda: “Brügge”nin baş məşqçisi saxlanıldı

Belçika futbolunda ciddi böhran yaşanır.

Dsport.az xəbər verir ki, bu gün səhər saatlarında ölkə polisi bir sıra klubların baza və ofislərində əməliyyat həyata keçirib, saxlanılanlar var.

Çirkli pulların yuyulması və danışılmış oyunlarla bağlı aparılan əməliyyatlar ölkənin aparıcı klubları “Anderlext” və “Brügge”dən də yan keçməyib. Hətta “Brügge”nin baş məşqçisi İvan Leko polislər tərəfindən saxlanılıb. O və ölkə çempionatının oyunlarını idarə edən 2 hakim danışılmış oyunlarda ittiham olunur. Məşhur meneceri Moci Bayat da saxlanılanlar arasındadı. 

“Anderlext”, “Brügge” və digər elita təmsilçilərindən başqa, aşağı liqa klubları ilə də bağlı müvafiq araşdırmalara start verildiyi bildirilir.