Futbol

“Sportinq”in futbolçusu komanda yoldaşının həyatını xilas etdi - VİDEO

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Sebastyan Koates komanda yoldaşı Romen Salinin həyatını xilas edib.

Dsport.az xəbər verir ki, bu, Portuqaliya çempionatının 7-ci turu çərçivəsində keçirilmiş “Portimonense” ilə səfər matçında baş verib.

Matçın 44-cü dəqiqəsində meydan sahiblərinin vurduğu ikinci qol zamanı Salinin başı qapı dirəyinə dəyib. Zərbənin təsirindən özündən gedən qolkiperə ilkin yardımı məhz 28 yaşlı müdafiəçi göstərib. O, həkimlər meydana daxil olana qədər əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb. Hadisədən dərhal sonra – 45-ci dəqiqədə qapıçı əvəzlənib.

“Sportinq” bu oyunda 2:4 hesabıyla məğlub olub.