Futbol

Moyes sabiq tələbəsini "Real Sosyedad"a gətirir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Adnan Yanuzay icarə əsasında "Real Sosyedad"da çıxış edə bilər.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Adnan Yanuzay icarə əsasında "Real Sosyedad"da çıxış edə bilər.

Bask klubunun yeni baş məşqçisi Devid Moyes sabiq tələbəsini komandasında görmək istəyir. "The Telegraph"ın xəbərinə görə, Lui Van Qal da gənc futbolçunun oyun təcrübəsini artırmaq üçün icarəyə verilməsinin əleyhinə deyil.

Adnan Yanuzay cari mövsümdə "Mançester Yunayted" forması ilə 10 matçda meydana çıxıb.