Futbol

“Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyunda zədələnən Portuqaliyanın “Sportinq” klubunun müdafiəçisi Jeremi Matye bir müddət futbol oynamayacaq.

Dsport.az xəbər verir ki, oyunu yarımçıq tərk edən 32 yaşlı futbolçu 4 həftəlik sıradan çıxıb. O, 1 ay sonra yaşıl meydanlara qayıdacaq.

Sözügedən matçda "Sportinq" 2:0 hesabı ilə qalib gəlmişdi.