Futbol

“Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” də növbəti matçına çıxıb. 

Sözügedən klub səfərdə “Braqa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
 
“Sportinq” 5 oyundan sonra 10 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Sportinq”ə qarşı ilk oyununu sentyabrın 20-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 29-da Bakıda baş tutacaq.