Futbol

Riçard Almeydadan ilk qol açıqlaması

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Qazaxıstanın “Astana” klubunda qol hesabını açmasından danışıb.

Dsport.az xəbər verir ki, 29 yaşlı braziliyalı yarımmüdafiəçi klub saytına açıqlamasında bunları söyləyib:

“Astana”da ilk qolumu vurduğuma görə çox şadam. Bu qolu komanda yoldaşlarıma, azarkeşlərimizə və əlbəttə, ailəmə həsr etmək istəyirəm. Onlar bu səhər Qazaxıstana gəliblər. Təbii ki, istənilən futbolçu kimi, mən də qol vurmağı sevirəm. Ancaq çox qol vurmağı qarşıma məqsəd qoymuram. Komandama öz oyunumla kömək etmək istəyirəm. Bu, vurduğum qolla mümkün olarsa, ikiqat xoşbəxt olaram. Ancaq bu, heç vaxt meydanda olduğum müddətdə komanda yoldaşıma ötürmə verməyimə əngəl olmayacaq”.

Qeyd edək ki, Almeyda bu yay transfer olunduğu Qazaxıstan çempionunun heyətində ilk qolunu son turda "Akjayık"la ev oyununun 23-cü dəqiqəsində penaltidən vurub. Riçardın fasilədə əvəzləndiyi səfər matçını komandası 2:1 hesablı qələbəylə başa vurub.