Futbol

Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

Futbol üzrə İsveç çempionatında 22-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Malmö” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Kalmar” hazırda 28 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.