Futbol

“Qarabağ”ın rəqibində ciddi itki

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vorskla” (Ukrayna) klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, yarımmüdafəçi Aleksandr Kobaxidze zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Ukrayna çempionatının 9-cu turunda “Zarya” ilə oyunun 42-ci dəqiqəsində futbolçunun çiyninin çıxdığı bildirilib. O, Mixael-Nikolayeviç Sergeyçukla əvəzlənib. Gürcüstanlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Vorskla” “Zarya”nı 2:1 hesabıyla məğlub edib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la "Vorskla" arasında keçiriləcək ilk görüş oktyabrın 25-də Bakıda, cavab oyunu isə noyabrın 8-də Poltavada baş tutacaq.