Futbol

Nəbiyev oynadı, “Slaviya” uduzdu

Çexiyanın futbol üzrə gənclər liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Teplitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nəbiyev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Fərid 84-cü dəqiqədə əvəzlənib. 

“Slaviya”nın U-21 komandası hazırda 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.