Futbol

Dadaşov oynadı, “Eştoril” uduzdu

Futbol üzrə Portuqaliya Sequndasında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Mafra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Dadaşov da bu oyunun iştrakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Renat 84-cü dəqiqədə sari vərəqə ilə də cəzalanıb.

“Eştoril” 5 turdan sonra 9 xalla 18 kollektiv arasında 5-c pillədə qərarlaşıb.