Futbol

“Traktorsazi” yenə xal itirdi

Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

“Maşinsazi” doğma meydanda “Pars Jonubi Jam” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Təbrizin daha məşhur “Traktorsazi” klubu isə səfərdə “Padideh Xorasan” ilə üz-üzə gəlib. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyunda heç-heçəyə razılaşıblar – 0:0.

7 turdan sonra 10 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.