Futbol

Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

Paşayev bu görüşün iştirakçısı olmayıb. UEFA Millətlər Liqası çərçivəsində keçirilmiş Malta – Azərbaycan oyununda ağır zədə alan Pavel ehtiyatda qalıb.

“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.