Futbol

Ziya Əzizovsuz qələbə

Futbol üzrə Hollandiya ikinci liqasında 6-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Helmond Sport”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” 6 turdan sonra 14 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.