Futbol

Tural oynadı, “Yonava” 1 xal qazandı

Futbol üzrə Litva çempionatında 25-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kauno Jalgiris”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural isə bu görüşün iştirakçısı olub. Rzayev 57-cı dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.