Futbol

Ermənistan yığması baş məşqçisiz qaldı

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Vardan Minasyan istefa verib.

Dsport.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya rəhbərliyi Minasyanın istefasını qəbul edib. O, millinin “sükanı arxasına” bu ilin aprel ayının 10-da keçmişdi.

Minasyanın rəhbərliyi altında Ermənistan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə evdə 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə Makedoniyaya uduzub - 0:2.