Futbol

"Real" rekordun bir addımlığında

İspaniya La Liqasının 14-cü turunda "Selta"nı 3-0 hesabı ilə məğlub edən "Real" ard-arda 18-ci qələbəsini qazanıb.

İspaniya La Liqasının 14-cü turunda "Selta"nı 3-0 hesabı ilə məğlub edən "Real" ard-arda 18-ci qələbəsini qazanıb.

Bununla da Madrid klubu "Barselona"nın 18 oyunluq qələbə seriyasını təkrarlayıb. Katalon klubu 2005-ci ilin oktyabrından 2006-cı ilin yanvarına qədər ard-arda 18 matçda qalib gəlmişdi. "Real" daha bir qələbə qazanacağı təqdirdə ispan komandaları arasında rekordun yeganə sahibinə çeviriləcək.

Son 82 gün ərzində kral klubu Primeroda 11, Çempionlar Liqasında 5, İspaniya Kral Kubokunda isə 2 dəfə qalib gəlib.