Futbol

Obameyanqın atası milli komandaya baş məşqçi təyin olundu

Futbol üzrə Qabon yığmasının boş qalmış baş məşqçi postu ilə bağlı qərar verilib.

Dsport.az xəbər verir ki, bir neçə gün öncə istefaya göndərilən ispaniyalı mütəxəssis Xose Antonio Kamaçonu Pyer Fransua Obameyanqla Daniel Kusin əvəzləyib. Bu barədə Qabon Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Obameyanqla Kusin yığmanı müştərək çalışdıracaqlar və bərabər hüquqa malikdilər. Onların qarşısına yığma komandanı Afrika Millətlər Kubokunun final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, həm Obameyanq, həm də Kusin Qabon yığmasının sabiq üzvləridi. Pyer Fransua 1985-1998-ci illər aralığında bu komanda 80 oyuna çıxıb, uzun müddət kapitan olub. Kusin isə 2000-2014-cü illər aralığında millidə oynayı, 56 oyuna 13 qol vurub.

Pyer Fransua Obameyanq İngiltərənin “Arsenal” klubunda forma geyinən məşhur hücumçu Pyer Emerik Obameyanqın atasıdı.