Futbol

Məşhur futbolçu qəza keçirdi - FOTO

Qətərin “Əl-Qarafa” klubunun formasını geyinən Uelsli Sneyder avtomobil qəzası keçirib.

Dsport.az xəbər verir ki, məsələylə bağlı Qətər klubu açıqlama yayıb. 

Açıqlamada hollandiyalı futbolçunun qəza nəticəsində boynundan yüngül zədə aldığı, lakin vəziyyətinin yaxşı olduğu bildirilir.

34 yaşlı futbolçu qəzadan əvvəl “beİN Sports”da Çempionlar Liqasının ilk oyun günündə keçirilən matçları şərh etmişdi.