Futbol

Milli komandada yeni baş məşqçi

Futbol üzrə Çexiya yığmasının yeni baş məşqçisinin adı bəlli olub.

Dsport.az xəbər verir ki, millinin “sükanı arxasına” çexiyalı Yaroslav Şilqav təyin olunub. Bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb.

56 yaşlı mütəxəssis son olaraq Çexiyanın “Slaviya" (Praqa) komandasını çalışdırıb.

Bir müddət əvvəl Karel Yarolim yığmanın baş məşqçi postundan istefaya göndərilmişdi.