Futbol

“Qarabağ” təcrübəli komandadı”

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Vorskla” Ukrayna çempionatının son turunda səfərdə “Karpatı”nı minimal hesabla (1:0) məğlub edib.

Dsport.az xəbər verir ki, oyundan sonra “Vorskla”nın baş məşqçisi Vasili Saçko onları Avropa Liqasının qrup mərhələsində gözləyən görüşlərlə bağlı açıqlama verib:

“Karpatı”nı məğlub etdik, artıq yüksək əhval-ruhiyyədə Londona gedə bilərik. İngiltərədə bizi nəyin gözlədiyini anlayırıq. “Arsenal” haqda məlumat toplayırıq. Rəqibimizin bir neçə oyununu izləmişəm.

Biz yer aldığımız qrupda favorit deyilik. Favorit komandalar “Arsenal”la “Sportinq”di. “Qarabağ” da təcrübəli komandadı. Bizə çox çətin olacaq. Amma uğurlu nəticə əldə etməyə çalışacağıq”.

“Arsenal” - “Vorskla” oyunu sentyabrın 20-də keçiriləcək.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Vorskla” və “Sportinq”lə eyni qrupda yer alıb.