Futbol

UEFA-dan “Qarabağ”la qarşılaşacaq “Sportinq”ə cəza

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Portuqaliyanın “Sportinq” klubu UEFA tərəfindən cəzalandırılıb.

Dsport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk matçında “köhlən atlar”ı qonaq edəcək “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.

Ötən mövsüm Avroliqanın 1/4 final mərhələsinin “Atletiko” ilə cavab matçında (1:0) azarkeşlər oyunun hakimlər briqadasını yad əşyalarla “atəş”ə tutduğundan, UEFA azarkeşlərin olduğu sektorların 1 oyunluq bağlanmasına qərar verib.

“Sportinq” klubu bununla bağlı azarkeşlərinə müraciət edib: “Klubun bütün üzvləri və azarkeşlər tam olaraq anlamalıdılar ki, kobud hərəkətlər komandamıza ciddi zərər verə bilər”.

Sentyabrın 20-də keçiriləcək “Sportinq” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.